Azərbaycanda torpaq sürüşməsi baş verib

azerbaycanda-torpaq-surusmesi-bas-verib
Oxunma sayı: 681

Milli.Az xəbər portalının Cənub TV kanalına istinadən verdiyi məlumata görə, 2 metrə kimi çökən torpaq qatı iki ev üçün ciddi təhhlükə yaradıb, mənzillərdə çatlar əmələ gəlib. Kənd sakini Orucəli Fətullayevin həyətyanı sahəsində baş verən torpaq sürüşməsi təxminən 15 hektar sahəni əhatə edir.

Sürüşmə nəticəsində torpaq qatı bəzi yerlərdə 1, bəzi yerlərdə isə hətta 2 metrə kimi çöküb. Nəticədə sürüşmənin baş verdiyi ərazidəki 8 nəfərin yaşadığı 2 mərtəbəli ev üçün ciddi təhlükə yaranıb. Ev sahibi bildirdiyinə görə mənzilində artıq çatlar yaranıb, çökmə müşahidə edilir. Ötən ay bölgəyə yağan intensiv yağıntı nəticəsində sürüşmənin akitvləşdiyini deyən ev sahibi son günlər torpaq qatının daha da sürətlə çökdüyünü bildirir. Artıq ərazidəki torpaq sürüşməsi qonşu evlərdə də çatların yaranmasına səbəb olub. Artıq Lerik rayon FHK sürüşmənin baş verdiyi əraziyə baxış keçirib.

Rayon FHK-sının sədri Habil Məlikovun bildirdiyinə görə faktla bağlı FHN-ə məlumat verilib və hazırda nazirliyin müvafiq mütəxəsislərinin əraziyə baxış keçirməsi üçün rayona gəlməsi gözlənilir. Qeyd edək ki, sentyabr ayında Hamarmeşə kəndində torpaq sürüşməsi baş vermişdi. Bu zaman kənd sakini Elşən Məmmədovun həyətyanı sahəsində qeydə alınan sürüşmə nəticəsində üst hissədə 1, aşağı hissədə isə 3 metr dərinliyində və 30 metr uzunluğunda yarğan əmələ gəlmişdi.