Azərbaycanda toyda bıçaqlama - Ölən var

azerbaycanda-toyda-bicaqlama-olen-var
Oxunma sayı: 657

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, martın 8-də Masallı rayonunun Qədirli kəndində, kənd sakini Yavər Nuriyevin həyətində keçirdiyi toy məclisində, Ağdam rayon sakini Elvin Rüstəmov münaqişə zəminində kənd sakini Nəriman Quliyevə bıçaqla xəsarət yetirib. N.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.

E.Rüstəmov Masallı RPŞ əməkdaşları tərəfindən tutulub.