Azərbaycanda yataqxana partladı- - Xəsarət alanlar var

azerbaycanda-yataqxana-partladi-
Oxunma sayı: 2204


Gəncənin Məhsəti qəsəbəsində yerləşən, N saylı hərbi hissəsinin yataqxanasında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Yanğından Mühafizə idarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində Ağdamdan olan məcburi köçkünHabil Baxşəliyevin məskunlaşdığı mənzildə baş verib.

Qaz sobasının partlaması nəticəsində 26 yaşlı Könül Həsənova, 70 yaşlıLeyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Yanğının baş vermə səbəbləri araşdırılır.