Azərbaycanda yeni meydan salınır

azerbaycanda-yeni-meydan-salinir
Oxunma sayı: 647

Bərdə şəhərindəki Heydər Əliyev prospektində mərkəzi meydan inşa edilir. “Qafqazinfo” AzərTAc -a istinadən xəbər verir ki, artıq mərkəzi meydanda hündürlüyü 80 metr, uzunluğu 20 metr, eni 10 metr olan üçrəngli dövlət bayrağımız ucaldılıb.

Hazırda meydanın ətrafında tikilmiş hasarlar mərmər və qranitlə üzlənir. 40 min nəfər üçün nəzərdə tutulan mərkəzi meydanda fəvvarə də tikiləcək. Meydanın mərkəzində ulu öndər Heydər Əliyevin böyük portreti qoyulacaq.