Azərbaycanın Xalq rəssamı vəfat edib

azerbaycanin-xalq-ressami-vefat-edib
Oxunma sayı: 2548

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb.  2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.