Azərbaycanlı 2 milyon dollarlıq zinət əşyasıyla - Aeroportda saxlanıldı

azerbaycanli-2-milyon-dollarliq-zinet-esyasiyla
Oxunma sayı: 1256

Qazaxıstan sərhədçiləri ümumi dəyəri 2 milyon dollar olan zinət əşyasının qaçaqmal yolu ilə keçirilməsinin qarşısını alıblar.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, zinət əşyaları Astana beynəlxalq aeroportunda azərbaycanlıya aid ümumi çəkisi 48 kiloqram olan çantalarda aşkar edilib. Baqaj İstanbuldan gələn reysdə olub. 

Ümumilikdə 11,786 min zinət əşyası müəyyən edilib. 

Faktla bağlı cinayət işi açılıb.