Azərbaycanlı azarkeşlər futbolçunun arvadını təhqir ediblər - Fotolar

azerbaycanli-azarkesler-futbolcunun-arvadini-tehqir-edibler
Oxunma sayı: 4746

“Keşlə”nin braziliyalı legioneri Denis Silva Kruz sosial şəbəkə hesabında azarkeşlərdən narazlıq edib.

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı stopper qeyd edibi ki, fanatlar onun xanımı və qızını təhqir edir:
 
“Mən təmənnasız mesajlardan yorulmuşam. Uzun illərdir buradayam və Azərbaycanın çörəyini yeyirəm. Ancaq bəzi şəxslər necə düşünürlər?! Onlar məni təhqir etmək məcburiyyətində deyillər! Həmin şəxslər arvadımla qızımı təhqir etməməlidirlər! 10 ildir ki, Azərbaycandayam. Bu müddət ərzində hər kəsə hörmətlə yanaşıram. Ən azı mənim istədiyim şey də eynidir”.
 
Qeyd edək ki, Silva 2008-ci ildə ölkəmizə ayaq basıb. O, "Xəzər Lənkəran" və "Neftçi"də də çıxış edib.