Azərbaycanlı biznesmen axtarışa verildi

azerbaycanli-biznesmen-axtarisa-verildi
Oxunma sayı: 4212


Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı biznesmeni beynəlxalq axtarışa verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, interpol 1960-cı ildə Qərbi Azərbaycanda anadan olmuş Nəsibov Lütfiyar Qulu oğlu dələduzluq yolu ilə külli miqdarda dövlət vəsaitinin ələ keçirilməsində və qrantların mənimsənilməsində təqsirləndirilir. Anket məlumatında onun Azərbaycanla yanaşı Rusiya vətəndaşı olması, rus, erməni, türk, tuva və azərbaycan dillərini mükəmməl bilməsi qeyd edilib.

Bildirilir ki, axtarışa verilmiş biznesmenin Rusiyanın Novqorod şəhərində qeydiyyatdan keçmiş bir neçə şirkəti var. Bu şirkətlər əsasən kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olub.

Axtarış tədbirləri davam etdirilir.