Azərbaycanlı ekspert Beynəlxalq Sammitdə məruzə ilə çıxış edəcək

azerbaycanli-ekspert-beynelxalq-sammitde-meruze-ile-cixis-edecek
Oxunma sayı: 866

Oktyabrın 10-13-də Sinqapurda “Hava Limanlarında Kibertəhlükəsizlik” mövzusunda Beynəlxalq Sammit keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu Sammitdə hava limanlarında kiber təhlükəsizliyin gücləndirilməsi mövzusunda Azərbaycandan ilk dəfə müstəqil ekspert və məruzəçi, informasiya təhlükəsizliyi üzrə peşəkar sertifikatlı mütəxəssis İlqar Əliyev məruzə edəcək. Sammitdə ölkələrin kritik infrastrukturunun tərkib hissəsi hesab olunan hava limanlarında kiber həmlələr, informasiya hücumları, aeroport, terminallarda informasiya resurslarını və xidmətlərini təhdid edən risklər, təhlükələrin qaşısının alınması və mənfi təsirlərin azaldılması müzakirə olunacaq.

Təqdimatlarda və müzakirələrdə hava limanlarında kibertəhlükəsizlik strategiyaları, bu təhlükələrə qarşı mübarizə aparmaq üçün metodlar təqdim ediləcək.