Azərbaycanlı iş adamı məscidə su çəkdi - Video

azerbaycanli-is-adami-mescide-su-cekdi-video
Oxunma sayı: 651

Türkiyə mətbuatının məlumatına görə, bir müddətdir İstanbul (Bosfor) boğazının sahilindəki Kanlıca məhəlləsində olan malikanəsini təmir etdirən Zərrab qonşuluqda olan məscidə də yardım edib.

Məlumata görə, Rza Zərrab malikanəsinin yanında olan “İskəndər paşa” məscidinə isti su xəttinin çəkilməsi və məbədin pəncərələrinin təmiri üçün 12 000 lirə (5 320 manat) pul verib.