Azərbaycanlı məşhurlara Türkiyədə mükafatlar verildi - Fotolar

azerbaycanli-meshurlara-turkiyede-mukafatlar-verildi
Oxunma sayı: 2066

Xəbər verdiyimiz kimi, mayın 23-dən 29-a kimi Türkiyənin Alanya bölgəsində kino festivalı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanlı məşhurlara türkiyədə mükafat verildifestivalı Alanya Turizm Mərkəzi (ALTİD) və Alanya Turizm Tanıtma Vakfı (ALTAV) təşkil edib. 

Açılış mərasimində 5 ölkədən olan aktyor-aktrisalar, rejissorlar, media nümayəndələri iştirak edib. Azərbaycan deleqasiyasında 1 xalq artisti -Fəxrəddin Manafov, 3 əməkdar artist – Mehriban Zəki, Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, 3 rejissor- Şamil Əliyev, Mirbala Səlimov, İlqar Safat iştirak edib. 

Festival çərçivəsində Rusiya, Belarus, Ukrayna, Estoniya, Azərbaycan istehsalı olan filmlər Alanya İskele Şəlalə Meydanında ve Alanya Mahmutlar Kültür Mərkəzində nümayiş olunub. 

Kino günlərinin 3-cü günü Şamil Əliyevin rejissorluq etdiyi, Bəhruz Vaqifoğlunun baş rolu ifda etdiyi “Çölçü” filmi, mayın 26-da rejissoru İlqar Safatın olduğu, Mehriban Zəkinin rol aldığı “İçərişəhər” filmi, mayın 27-də Mirbala Səlimovun rejissorluq etdiyi, Gülzar Qurbanovanın rol aldığı “Qırmızı bağça”, mayın 29-u isə rejissoru Ülviyyə Könülün olduğu  “Həddən artıq uyğunluq” filmi nümayiş etdirilib. Həmçinin, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə yerli mətbuat nümüayəndələri də festival da iştirak edib. 

Bundan əlavə, Beynəlxalq Alanya Film Festivalında xarici rejissor, aktyor və mətbuat üzvləri dənizaltı gəzinti ilə Alanyanın fərqli üzünü kəşf ediblər. Qonaqlar Türkiyənin ilk, dünyanın 7-ci türizm məqsədli Nemoya minərək sualtı dünya ilə tanış olublar. Bu məqamda bildirək ki, dənizaltı səyahət üçün hər turist 130 dollar ödəməli olur. 

Həmçinin, beş ölkə nümayəndəsi Alanyanın simvolu olan, 13-cü əsrdə tikilən Qızıl Qüllədə olublar. Kino üzvləri 1979-cu ildə ziyarətçilərə üzünü açalan qala və qalanın birinci mərtəbəsində yerləşən Alanya Etnoqrafiya Muzeyi ilə tanış olublar. Muzeyə giriş haqqı isə 15 TL-dir. 
Festival iştirakçılarının gəzintisi bununla qalmayıb. Belə ki, xarici qonaqlar Sapadere Kanyonu və şəlalələrində olublar.  Dim Çayı, Dim Mağarası, Damlataş Mağarasında olublar. Onlar foto çəkdiriblər, bölgənin gözəlliklərinin şahidi olublar. 

Mayın 29-u isə “Dostlarla bir arada” devizi ilə başlayan festivalın bağlanış mərasimi baş tutub. Gecədə festivalda iştirak edən bütün deleqasiya nümayəndələrinə mükafat verilib, musiqi gecəsi təşkil olunub. 

Fotolar: Bəhruz Vaqifoğlu