Azərbaycanlı səfir Xorvatiyanın ali ordeni ilə təltif edildi - Fotolar

azerbaycanli-sefir-xorvatiyanin-ali-ordeni-ile-teltif-edildi
Oxunma sayı: 2019

Xorvatiya Prezidenti Kolinda Qarabar Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of Duke Branimir with Ribbon) ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, Səfirlikdən Trend-ə verilən məlumata görə, ordenin təqdimetmə mərasimində çıxış edən K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirərək Azərbaycan Prezidenti İlham Əliyevi yaxın zaman ərzində Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Məlumat üçün bildirək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ilin 1 aprel tarixində təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.