Azercell-dən lotereya

azercell-den-lotereya
Oxunma sayı: 1173

Azercell Telekom MMC abonentləri üçün yeni stimullaşdırıcı lotereya başlayıb. “Qafqazinfo”nun məlumatına görə, “Uğurlu SMS” stimullaşdırıcı lotereyasında 8228 qısa nömrəsinə boş SMS göndərib məzmun alan (mobil telefon üçün divar kağızı) bütün Azercell və SimSim abonentləri iştirak edə bilərlər. Lotereyada iştirak etməklə siz pul uduşları, AUDİ A3 avtomobilləri və SUPER PRIZ - 100.000 manata sahib ola bilərsiniz.

8228 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 1.18 AZN təşkil edir. Azercell-in “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına qoşulan abonentlər hər gün 1000 AZN, hər həftə möhtəşəm AUDİ A3 Sportback avtomobili və sonuncu tirajda 100.000 AZN qazanmaq şansı əldə edəcəklər.

Beləliklə Azercell-in “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına qoşulmaqla siz arzularınızı gerçəkləşdirə bilərsiniz.

Qeyd edək ki, iştirak şərtləri, oyunun gedişatı və qaliblər barədə www.ugurlusms.az səhifəsində məlumat almaq mümkündür.