Azercell Xəzər Universitetində “E-learning” otağı yaradıb

azercell-xezer-universitetinde-e-learning-otagi-yaradib
Oxunma sayı: 636

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan bu otaq müasir proqram təminatı olan 26 kompüterlə təchiz edilib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, mərkəzin köməyilə Xəzər Universitetini tələbələri elektron təhsilin verdiyi üstünlüklərdən yararlana biləcəklər. Azercell “E-learning” otağı tələbələrin biliklərinin artırılmasını təmin etmək məqsədilə geniş funksiyalarla təchiz edilib. Artıq burada keçiriləcək dərslərin və imtahanların qrafiki tərtib edilib. “E-learning” mərkəzində əsasən İqtisadiyyat və Menecment fakültəsinin dərsləri keçiriləcək.

Tədbirin açılışında çıxış edən Azercell şirkətinin prezidenti cənab Ali Ağan Xəzər Universitetinin tələbələrini onların təhsil sistemində çox əhəmiyyətli olan bu layihədə iştirak etmələri münasibətilə təbrik edib və son illərdə informaiya kommunikasiya texnologiyalarının öyrənmə metodikasının sürətli inkişafına şərait yaratdığını bildirib: “Mən çox sevinirəm ki, gənc nəsil bu gün ən son texnoloji yeniliklərdən faydlana və onları uğurla öz təhsilində tətbiq edə bilir. Azercell isə daim ölkənin gələcəyi olan gənclərin maariflənməsi istiqamətində öz dəstəyini göstərib və bu fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir”.

“E-Learning”artıq effektivliyi sübut edilmiş yeni təhsil texnologiyalarından biridir. Təhsilin yeni fəlsəfəsi kimi qəbul edilən “elektron öyrənmə” yeni texnologiyaların köməyi ilə həyata keçirilən təlim və tədris formasıdır. Bu zaman biliklərin, vərdişlərin və bacarıqların ötürülməsi üçün elektron kommunikasiya vasitələrindən aktiv istifadə edilir. “E-learning” ixtisaslaşdırılmış saytlar vasitəsilə tədrisdən, virtual siniflərin, rəqəmli laboratoriyaların təşkilindən, xüsusi tədris proqramlarının istifadəsindən ibarətdir.

Nigar Məmmədli