“Azərişıq” jurnalistlər üçün təlimlər təşkil edəcək

“Azərişıq” jurnalistlər üçün təlimlər təşkil edəcək
Oxunma sayı: 266

 “Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək.

"Qafqazinfo" xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd bu sahədə çalışan jurnalistlərin praktik bilik səviyyələrini genişləndirmək və onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.

Təlimlər Tədris Mərkəzində Səhmdar Cəmiyyətin müəllim əməkdaşları tərəfindən aparılacaqdır. Noyabr ayının 18-19 və 25-26-da təşkil ediləcək təlimlərin sonunda iştirakçılar sertifikatla təmin ediləcəklər.

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər özləri və çalışdıqları media qurumu haqqında məlumatları və mövzu ilə bağlı son 1 ildə dərc edilmiş məqalələrindən nümunələr göndərmələri xahiş olunur.

Müraciətlərinizi noyabrın 12-dək tanriverdimustafayev@azerishiq.az ünvanına göndərə bilərsiniz. Seçilən iştirakçılar noyabr ayının 14-də məlumatlandırılacaqlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi