“Azərpoçt”un adından gələn mesajlarla bağlı - Açıqlama

azerpoctun-adindan-gelen-mesajlarla-bagli
Oxunma sayı: 2689

Bəzi abunəçilərin telefonlarına “Azərpoçt”un adından müxtəlif mesajlar göndərilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı qurumun mətbuat sözçüsü Günel Gözəlova sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, "Azərpoçt"MMC-nin adından mobil telefonlara gələn mesajlar saxtadır və saxtakarların işidir: “Biz bununla bağlı mediaya açıqlama da vermişdik.

Xahiş edirik,aldanmayın!”.

Günel Türksoy