AzTV-də yazıçı nəvəsi müavin oldu

aztv-de-yazici-nevesi-muavin-oldu
Oxunma sayı: 5034


“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı AzTV-dən bildiriblər.

Məlumata görə, operator Musa Vəliyev televiziyanın baş operatoru Fazil Hadıyevin müavini vəzifəsində çalışacaq.

Bu faktı Musa Vəliyevin özü təsdiq edib: 

“Mənim təyinatımla bağlı informasiya bu gün yayılıb. Sabah yeni kollektivə təqdim ediləcəyəm”.

Qeyd edək ki, uzun müddətdir ki, AzTV-də çalışan Musa Vəliyev Azərbaycanın məşhur yazıçısı Əli Vəliyevin nəvəsidir.