Rafiq Tağı ilə vida mərasimi evində olacaq

-rafiq-tagi-ile-vida-merasimi-evinde-olacaq
Oxunma sayı: 712

Noyabrın 19-da sui-qəsdə məruz qalan, noyabrın 23-də müalicə olunduğu 1 saylı paytaxt xəstəxanasında vəfat edən yazıçı Rafiq Tağı Bakıda dəfn olunacaq.

Yazıçının qardaşı Alim Tağıyev “Media forum” saytına açıqlamasında bildirib ki, mərhumun cənazəsi noyabrın 24-də təxminən saat 13-də yaşadığı evdən (Ələddin Quliyev küçəsi, 2 A; Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının yaxınlığı) götürüləcək.