11-ci sinif şagirdi özünü 8-ci mərtəbədən atdı - Fotolar

11-ci-sinif-sagirdi-ozunu-8-ci-mertebeden-atdi-fotolar
Oxunma sayı: 661

Salyan şəhər sakini, 11-ci sinif şagirdi Məmmədhüseyn Hüseynov Mübariz oğlu intihar edib. “Qafqazinfo”nun məlumatına görə, M. Hüseynov oktyabrın 16-da şəhərin ən hündür binası olan 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb.

Qeyd edək ki, M. Hüseynovun atası M. Hüseynov ölkənin müxalifət partiyalarından birinin üzvü olub. Bu üzdən işsiz olan M. Hüseynov ailəsini dolandımaq üçün Rusiyada çalışır. Yeganə qardaşı Fərhad isə 665 bal toplayaraq akademiyalaradan birinin 3-cü kursunda oxuyur.

Mərhum özünü atmamışdan qabaq binanın blokunda rastlaşdığı uşağa dəftərini və mobil telefonunu verərək anasına çatdırmağı xahiş edib. Dəftərin arxasına isə bu sözləri yazıb: “Mən bu həyatdan bezdim!”