179 jurnalist peşəsi ilə əlaqədar həbsdədir

179-jurnalist-pesesi-ile-elaqedar-hebsdedir
Oxunma sayı: 656

“Media forum” saytı xəbər verir ki, bunu Jurnalistləri Müdafiə Komitəsi növbəti hesabatında açıqlayıb.

Həbsdəki jurnalistlərin sayına görə İran birinci yerdədir. Bu ölkədə 42 jurnalist həbsdədir.

Sonrakı yerlərdə Eritreya (28 jurnalist), Çin (27 jurnalist), Myanma (12 jurnalist), Vyetnam (9 jurnalist), Türkiyə və Suriya (hər birində 8 jurnalist) gəlir. Fələstin muxtariyyəti ilə İsraildə ümumilikdə 7 jurnalist həbsdədir.

Ötən illə müqayisədə məhbus jurnalistlərin sayı 34 nəfər artıb. Jurnalistləri Müdafiə Komitəsi bunun Yaxın Şərqdə və Şimali Afrikada baş verən qarşıdurmalarla əlaqədar olduğunu bildirir.