6,6 bal gücündə zəlzələ oldu

66-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1357

“Qafqazinfo”un Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkə rəsmiləri Şimali Maluku vilayətinin mərkəzi şəhəri Ternatedən 223 km. aralıda meydana gələn zəlzələnin sunamiyə səbəb olmayacağını söyləyiblər.
Zəlzələnin Maluku adasında yaşayanlar arasında çaxnaşmaya səbəb olduğunu bildirən rəsmilər ilkin məlumatlara görə, təbii fəlakət zamanı əhali arasında itki olmadığını deyiblər.

İndoneziyada 26 dekabr 2004-cü ildə baş verən zəlzələdən sonra əmələ gələn sunami təxminən 230 min insanın həlak olmasına səbəb olmuşdu.