“ABŞ heç vaxt İslamla müharibədə olmayıb və olmayacaq”

abs-hec-vaxt-islamla-muharibede-olmayib-ve-olmayacaq
Oxunma sayı: 651

"Biz xatırlayırıq ki, həmin gün itirdiyimiz 3 minə yaxın günahsız insan arasında 90-dan çox ölkənin yüzlərlə vətəndaşı var idi. Aralarında kişilər və qadınlar, cavanlar və yaşlılar, müxtəlif irq və inanc mənsubları var idi. Bu mühüm ildönümdə onların xatirəsini yad etməkdə biz onların ailələrinə və millətlərinə qoşuluruq.

On il bundan əvvəl dünyanın vəhdətdə birləşməsini minnətdarlıqla xatırlayırıq. Bütün dünyada, bütöv şəhərlər bir neçə anlıq sükütla qurbanları yad etdilər. İnsanlar kilsələrdə, məscidlərdə sinaqoqlarda və digər ibadət yerlərində dualar etdilər. Birləşmiş Ştatlarda olanlarımız isə dünyanın hər bir köşəsində olan insanların səfirliklərimizdə yerləşdirilmiş şamların işığında və gül dənizində bizimlə həmrəylik göstərməsini heç zaman unutmayacayıq.

Xatırlayırıq ki, 11 sentyabr hadisələrindən sonrakı bir neçə həftə ərzində biz bir beynəlxalq icma kimi fəaliyyət göstərdik. Geniş koalisiyanın bir hissəsi kimi biz Al Qaedanı Əfqanıstandakı təlim düşərgələrindən çıxarmışıq və Əfqanıstan xalqına terrordan azad yaşamaq üçün imkan verdik. Lakin sonradan gələn illər çətin idi və 11 sentyabrdan sonra hiss etdiyimiz qlobal əməkdaşlıq hissi zəiflədi.

Bir Prezident olaraq, mən üzləşdiyimiz qlobal çətinlikərin hamısının həlli üçün lazım olan qlobal əməkdaşlığı yeniləmək üçün çalışdım. Yəni fəaliyyətin yeni erasında biz qarşılıqlı maraq və qarşılıqlı hörmətə əsaslanaraq ölkələrlə və xalqlarla əməkdaşlığı gücləndirmişık.

Beynəlxalq icma olaraq, göstərdik ki, terrorçular bizim vətəndaşların gücü və müqaviməti ilə müqayisə oluna bilməzlər. Mən aydın şəkildə bildirmişəm ki, Birləşmiş Ştatlar heç vaxt İslamla müharibədə olmayıb və olmayacaq. Əksinə, onlarla ölkəyə hücum etmiş və əksəriyyəti müsəlman olan on minlərlə günahsız kişi, qadın və uşaqları öldürmüş Al-Qaedaya qarşı müttəfiq və əməkdaşlarımızla birləşdik. Bu həftə biz Al-Qaedanın bütün qurbanlarını və Orta Şərqdən Avropaya qədər, Afrikadan Asiyaya qədər onların ailələrinin və həmvətənlərinin cəsarət və dözümlülüyünü yad edirik.
Birgə işləyərək biz Al-Qaedanın planlarını pozmuş, Osama bin Ladeni və onun rəhbərliyinin çoxunu məhv etmiş və Al-Qaedanı məğlubiyyət yoluna istiqamətləndirmişik. Eyni zamanda Orta Şərq və Şimali Afrikada insanlar ədalət və şərəfə aparan ən əmin yolun ağılsız terror və zorakılığın deyil, qeyri-zorakılıq gücünün olduğunu göstərirlər. Aydındır ki, qəddar ekstremistlər geridə qoyulurlar və gələcək dağıtmaq istəyənlərin deyil, qurmaq istəyənlərindir.

Sülh və inkişaf gələcəyini istəyən ölkələr və insanlar, Birləşmiş Ştatlar sizin tərəfdarınızdı. Evdə iqtisadi çətinliklərlə üzləşsək də Birləşmiş Ştatlar dünyada unikal liderlik rolunu oynamağa davam edəcək. İraqdan ordumuzun qalan hissəsini çıxartdıqca və Əfqanıstanda məsuliyyəti üzərimizdən keçirdikcə iraqlıları və əfqanıstanlıları öz xalqlarına təhlükəsizlik və imkanlar yaratmaq cəhdlərini dəstəkləyəcəyik. Ərəb dünyasında və ondan kənarda biz şərəf və bəşəri insan haqlarını dəstəkləyəcəyik.
Bütün dünyada biz sülh axtarışı, insanları yoxsulluqdan çıxaracaq inkişafın təbliği və vətəndaşların və cəmiyyətlərin potensialını azad edən ərzaq təhlükəsizliyinin, səhiyyə və yaxşı idarəçiliyin inkişafı işini davam etdirəcəyik.

Eyni zamanda biz öz ölkəmizdə də dəyərlərimizi yaşamaq öhdəliyimizi təzələmişik. İmmiqrantlar ölkəsi olaraq, Birləşmiş Ştatlar hər bir ölkədən və mədəniyyətdən gələn insanları salamlayır. Bu ən yeni amerikalılar, on il öncə itirdiyimiz günahsız qurbanlar kimi, bizə xatırladır ki, irq və ya milliyyət, mənşə və ya inanc arasındakı fərqlərə baxmayaraq bizim hamımızı bu və gələcək nəsil üçün dünyanı daha yaxşı yerə çevirə biləcəyimiz haqqında ümumi ümid birləşdirir. Bu itirdiklərimizin bizə mirası olmalıdır.

11 sentyabrda bizə hücum edənlər Birləşmiş Ştatlarla dünya arasında sədd yaratmaq istədilər. Alınmadı. Bu onuncu ildönümündə biz dostlarımız və həmkarlarımızla bu mübarizədə itirdiklərimizi yad etmək üçün birləşmişik. Onların xatirəsinə biz insanların şərəf, azadlıq və sülh içində yaşayacaqları dünyanı həyata keçirmək üçün lazım olan əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu yenidən təsdiqləyirik".

Musavat.com