Bacısını bıçaqlayan şəxs yaxalandı

bacisini-bicaqlayan-sexs-yaxalandi
Oxunma sayı: 647

Avqustun 6-da Kazımzadə küçəsində yaşayan Elnur Əhmədov bacısı Günay Sadıqovanın qarın və kürək nahiyəsindən daxilə nüfuz edən, özünə isə qolundan bıçaq xəsarətləri yetirib. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov yaxalanıb.

Avqustun 2-də Bayıl qəsəbəsi Şimal körpüsündə yerləşən «DNQ-4» ASC-nn emalatxanasından qapını sındırma yolu ilə elektrik kabeli və elektrik mühərriklərinin hissələri oğurlanıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Aqil Alışanlı avqusun 4-də yaxalanıb.

Bakı şəhər BPİ NMİ və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bilgəh qəsəbəsində yaşayan Mikayıl Əmirovun həyətyanı sahəsindən çəkisi 15 kiloqramdan artıq 2 ədəd çətənə kolu və 2 kiloqram qurudulmuş marixuana aşkar edilib.

Avqustun 3-də Buzovna qəsəbəsi A.Xəlilov küçəsində yaşayan Tofiq Ağayev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Əsgərov avqusun 4-də yaxalanıb.