Badamdar sakinləri “Açıq mikrofon”a dəvət olunub - Foto

badamdar-sakinleri-aciq-mikrofona-devet-olunub
Oxunma sayı: 981

Səbail rayonunun Badamdar qəsəbəsində şəhid Cəmil Hasilovun adını daşıyan küçədəki 109, 109a, 110, 111,113, 115, 117,119 saylı binaların və Badamdar yolu, 95, 97, 99, 101,105,107 saylı binaların həyətlərində yeni istifadəyə verilmiş “Abad həyət”də Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Açıq mikrofon” formatında sakinlərlə görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə qəsəbə sakinləri ilə yanaşı rayonun bütün xidmət sahələrinin, qəsəbədəki idarə və müəssisə rəhbərləri, ağsaqqallar, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov son vaxtlarda Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verib,bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.

Eyni zamanda Səbail rayonunda və onun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən sosial layihələr və digər işlər barədə danışılıb.

Müraciətlər əsasən su və kanalizasiya xətləri ilə bağlı, məhəllədaxili yolların işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, fərdi evlərin sənədləşdirilməsi və s. olub.

Görüşdə 20-dən çox sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və həll edilməsi üçün yerindəcə tapşırıqlar verilib.