“Bağlanıb ürək” – - Sevda + Video

baglanib-urek-
Oxunma sayı: 1314


“Qafqazinfo”nun məlumatına görə, Yəhyayeva söz və musiqisi Pərviz Mahmudova məxsus “Bağlanıb ürək” mahnısı dinləyicilərə təqdim edib. 

Daha bir neçə mahnı üzərində çalışan bəstəkar bildirib ki, yeni söz yazarları və musiqiçilərlə işbirliyi qurmağa hazırdır: 

“Efirlərə çıxmadan belə, daha çox tələb edilən bəstəkar olmağım məni sevindirir. Özümü bu işdə şanslı hesab etdiyim üçün istəyirəm bu imkanı başqa istedadlı insanlara da verim. “Bağlanıb ürək” mahnısını Fərid İman aranjeman edib. Fərid həm yaxşı dost, həm də istedadlı musiqiçidir. Onunla daha bir neçə mahnı üzərində çalışırıq. Bu il mənim bəstələrimi Fəridin aranjemanında çox eşidəcəksiniz”. 

Xatırladaq ki, S. Yəhyayevanın reperturaında yer alan “O zaman”, “Sənsiz”, “Buz kimi”, “Saxta”, “Sən”, “De mənə” mahnılarının bəstəkarı da P. Mahmudovdur.