Bakcell Red Bull BC 1 Azerbaijan-2012 turnirinə dəstək olub

bakcell-red-bull-bc-1-azerbaijan-2012-turnirine-destek-olub
Oxunma sayı: 643

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Bakcell-in CİNeration brendi ilə birgə təşkil edilmiş bu turnirin qalibi b-boy Button olub. Turnirin Münsiflər Heyətində almaniyalı Airdit və “Red Bull BC One 2011” çempionatının amerikalı qalibi Roxrite təmsil olunub. Üçüncü hakim isə tanınmış azərbaycanlı bi-boy KillaJazz olub.

KillaJazz Tbilisidə keçirilmiş Qafqaz mərhələsinin qalibidir. O, “Red Bull BC One World Final 2012” ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək son turnirdə Azərbaycanı təmsil edəcək. Şərqi Avropanın ən yaxşı bi-boyları “BC One World Final” turnirində iştirak etmək üçün mübarizə aparacaqlar.

Bakcell şirkəti ölkəmizi Tbilisidə təmsil edən bi-boylara CİNeration tarifli 5 ədəd CİN nömrəsi təqdim edib. Bakcell-in rouminq xidməti sayəsində onlar, dostlar və ailə üzvləri ilə asanlıqla əlaqə saxlaya biləcəklər.

Nigar