“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Şəki rayonu, Cəfərabad kəndində (rayon mərkəzindən 30 km aralı) qeydə alınıb. Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarının teplovozunda 1 mühərrikin yanar hissələri yanıb. Teplovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb.