Bakı finalının biletlərinin çoxu satıldı

baki-finalinin-biletlerinin-coxu-satildi
Oxunma sayı: 2292

Bakı Avropa Liqasının finalına artıq 16 gün qalır. “Qafqazinfo” xəbər verir ki, paytaxtımıza keçiriləcək möhtəşəm oyun üçün satışa çıxarılan biletlərin əksəriyyəti artıq satılıb. 

AFFA-nın  Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdullanın “Qafqazinfo”ya verdiyi məlumata görə, Bakıda satılan 10 min biletdən 9 mindən çoxu artıq öz sahibini tapıb. 

1000-ə yaxın bilet isə kassalarda qalıb. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.