Bakı-Qazax magistralında iki qəzada 3 nəfər yaralandı

baki-qazax-magistralinda-iki-qezada-3-nefer-yaralandi
Oxunma sayı: 1213

Bakı-Qazax magistral yolunda iki yol nəqliyyat qəzası baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisələrdən biri yolun Qazağın Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Aslanbəyli kənd sakinləri, 1998-ci il təvəllüdlü Qənbərov Ariz və 1948-ci il təvəllüdlü Hacıməmmədova Dilarə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Digər qəza isə magistral yolun Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisində baş verib. Hadisə zamanı rayonu  Qıraq Kəsəmən kənd sakini 1969-cu il təvəllüdlü Əhmədov Habil bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki fakt üzrə Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Elmar Əli