Bakı-Quba yolu bağlanır

baki-quba-yolu-baglanir
Oxunma sayı: 3702

Bakı-Quba yolunda hərəkət qismən məhdudlaşdırılır.

“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadən xəbər verir ki, bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.