Bakı-Quba yolunda qəza

baki-quba-yolunda-qeza
Oxunma sayı: 643

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.