Bakı sakini özünü birinci mərtəbədən ataraq öldürmək istədi

baki-sakini-ozunu-birinci-mertebeden-ataraq-oldurmek-istedi
Oxunma sayı: 2070

Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.