Bakıda Almaniya vətəndaşını kim öldürdü? - Fotolar

bakida-almaniya-vetendasini-kim-oldurdu-fotolar
Oxunma sayı: 1186

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 1992-ci il təvəllüdlü Vüsal Şilder Adolf mayın 2-də naməlum şəxs tərəfindən bıçaqlanmış və aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdi.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini əvvəllər məhkum olunmuş Elman İsgəndərov mayın 5-də yaxalanıb.

Almaniya vətəndaşı olan 21 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Qeyd edək ki, sosial şəbəkələrdə ona məxsus olan hesablarda Vusal Şilderin yaxınları qətlin baş vermə səbəbi kimi onun sevgilisinin də adını hallandırıblar.