Bakıda atanı və oğulu güllələdilər

bakida-atani-ve-ogulu-gullelediler
Oxunma sayı: 640

Adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib. Onlar – 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadədir. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Bakının Yasamal rayonundakı paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında qeydə alınmış güllələnmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Hadisə yerində olan digər şəxslər zərər çəkməyib.

Məlumata görə, Aydın Məmmədzadə Bakının tanınmış və stajlı zərgərlərindən biridir. Onun oğlu Emin Məmmədzadə də hazırda zərgər kimi fəaliyyət göstərir. /APA/