Bakıda binanın bir hissəsi uçdu - Fotolar

bakida-binanin-bir-hissesi-ucdu
Oxunma sayı: 6278

Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.

Məlumata görə, beton günorta saatlarında tökülüb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.