Bakıda əcnəbi vətəndaş lüt çimdiyi üçün döyüldü

bakida-ecnebi-vetendas-lut-cimdiyi-ucun-doyuldu
Oxunma sayı: 647

Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şixov çimərliyində 55 yaşlı Belarus vətəndaşı Vitali Varoboviç möhkəm döyülüb. Belarus vətəndaşı ilə yanaşı 36 yaşlı Səməd Aydın oğlu Fərəcov da döyülüb.

Onların döyülməsinə səbəb isə Vitali Varoboviçin çılpaq çimməsi olub. Bir neçə nəfər Vitalinin çılpaq çimməsinə irad bildiriblər. Vitali onların iradına əhəmiyyət verməyəndə mübahisə yaranıb. Mübahisə nəticəsində Vitali möhkəm döyülüb. Onu həmin şəxslərin əlindən almaq istəyərkən Səməd Fərəcov da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.