Bakıda güclü yanğın

bakida-guclu-yangin-
Oxunma sayı: 641

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən binalardan birində yanğın meydana gəlib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.


***

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən Trend-ə verilən məlumata görə, Abdulla Şaiq küçəsində, Təzəpir məscidinin yanında yaşayış evində yanğın olub.

Alov yanğısöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, yanğın A.Şaiq küçəsi, dalan 15, mənzil 58-dəki fərdi yaşayış evində baş verib. Yanğınla bağlı ev sahibi məlumat verib. Hadisə yerinə təcili yardım briqadası göndərilib. Ərazidə ətraf yollar bağlı olduğundan, həkim briqadası əraziyə piyada getmək məcburiyyətində qalıb.