Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək
Oxunma sayı: 180

Assosiasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, “Azərbaycanın sığorta bazarının inkişafının perspektivləri” mövzusunda keçiriləcək forumun məqsədi ölkənin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə həmçinin dünya sığorta birliklərinin iştirakçılarının birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi planlaşdırılır.

Bakı Biznes Mərkəzində keçiriləcəck II Azərbaycan Beynəlxalq Sığorta Forumunun əsas mövzuları “İcbari sığorta”, “Həyat sığortası” və “Banklar və onların sığorta bazarı ilə münasibətləri” olacaq.

Forumun işində Azərbaycan sığorta şirkətlərinin rəhbərləri ilə yanaşı mühüm beynəlxalq sığorta və təkrarsığorta şirkətlərinin rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi