Bakıda jurnalistin evinə basqın edildi

bakida-jurnalistin-evine-basqin-edildi
Oxunma sayı: 667

Bu barədə “Qafqazinfo”ya jurnalisin özü məlumat verib. Gecə saatlarında bir qrup şəxs “Opel” markalı avtomobillə Bakı İnformasiya Agentliyinin əməkdaşı Oral Mədənçinin yaşadığı Nərimanov rayonu, Böyükşor qəsəbəsi, ev 179 ünvanına gələrək jurnalisti təhqir ediblər və ünvanına təhdidedici fikirlər əsləndiriblər.

Oral Mədənçi deyib ki, Təxminən gecə saat 1:30 radələrində üçədən qışqırıq səsləri eşidib: “Səs-küyə həyətə çıxanda gördüm ki, imlərsə yaşadığım mənzilin həyət darvazasını təpikləyərək, uca səslə mənim ünvanıma təhqir və təhdid dolu sözlər deyirdilər. Onların sərxoş olduğu hiss olunurdu. Dərhal “102” xidmətinə zəng edərək polisə məlumat verdim. Hadisənin şahidi olan qonşular basqınçıların 4 nəfər olduğunu və “opel” markalı avtombilə minərək ərazidən uzaqlaşdığını dedilər”.

Jurnalist bildirib ki, şəxsi zəmində heç kimlə ədavəti yoxdur: “Mən həmin qəsəbədə 22 ildir yaşayıram. Burada hamı məni tanıyır və heçkimlə şəxsi zəmində ədavətim yoxdu. Hesab edirəm ki, baş vermiş hadisə yalnız peşə fəaliyyətimlə bağlıdır. Son günlər İranla bağlı yazdığım yazılara görə, çoxlu sayda təhdidlər alırdım”,- deyə qeyd edən Oral Mədənçi əlavə edib ki, faktla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət edəcək.