Bakıda “Land Rover” yandı

bakida-land-rover-yandi
Oxunma sayı: 671

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Nərimanov rayonunda vətəndaşa məxsus "Land Rover" markalı minik avtomobilində meydana gəlib. Maşının mühərrik hissəsində başlayan yanğının avtomobilin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.