Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu - Yenilənib

bakida-mehbusun-olmesinin-sebebi-melum-oldu
Oxunma sayı: 2567

Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.
 
Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.