Bakıda "Mercedes" mağazaya girdi- - 3 yaralı

bakida-quotmercedesquot-magazaya-girdi-
Oxunma sayı: 1856


“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil mağazaya girib. Hadisə nəticəsində 3 nəfər-satıcı, alıcı və sürücü xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu və ayaqlarının sındığı bildirilir.


Mağazaya ciddi ziyan dəyib.

Faktı Nizami rayon Yol Polisinin növbətçi hissəsindən təsdiq etdilər.