Bakıda sınan ağaclar binaların balkonuna düşür - Fotolar

bakida-sinan-agaclar-binalarin-balkonuna-dusur
Oxunma sayı: 2382

Bakıda güclü külək iki gün ərzində 100-dən çox ağaca ziyan vurub.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt ərazisində 50-yə yaxın ağac kökündən qoparaq aşıb. 

İki ağac avtomobil üzərinə, 5 ağac isə binaların balkonlarına düşüb. Xətai rayonu ərazisində hündür ağ qovaq ağacı kökündən sınaraq 7-ci mərtəbəyə düşüb. YTB əməkdaşları kran vasitəsilə ağacı ərazidən götürüblər. Külək bu günə kimi birliyin balansına 10 min manatdan artıq ziyan vurub. Hazırda da müraciətlər gəlməyə davam edir.

Birlikdən bildirilib ki, dünən yağışın yağması qırılan ağacların sayının artmasına səbəb olub. Belə ki, yağan yağış ağacların kökünü yumşaldıb və ardıyca güclü külək onları kökündən qoparıb. Aşan ağacların əksəriyyəti artıq təmizlənib. 

Birlik əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Murad Əhməd