Bakıda sürücü sərnişini döyərək telefonunu əlindən alıb

bakida-surucu-sernisini-doyerek-telefonunu-elinden-alib
Oxunma sayı: 2217




BPİ CAİ və Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məcid Vahiddən 42 qram həşiş aşkar edilib.

Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 30-da Bakı şəhər sakini Əlibala Atababayevdən 1 ədəd «İJ-K» markalı lüləsi və qundağı kəsilmiş ov tüfəngi  aşkar edilib. 

Yanvarın 12-də, Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov ərizə ilə 16-cı PB-yə müraciət edərək bildirmişdir ki, yanvarın 11-i saat 22:30 radələrində C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda sürücüsü və yanında olan 2 nəfər şəxs avtobusda onu döyərək 2 ədəd mobil telefonunu əlindən alıblar. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mingəçevir şəhər sakini Müseyib Nəsirov, Ağdaş rayon sakini əvvəllər məhkum olunmuş Pünhan Qurbanov tutulmuş, digər iştirakçının tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir. 

Yasamal RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Cabir Ələkbərovdan 445 qram marixuana götürülüb.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, Anar Aslanovdan 480 qram marixuana götürülüb.

Yanvarın 5-də Şərifzadə küçəsində naməlum şəxs Ağdam rayon sakini Şikar Zeynalovun cibindən 800 ABŞ dollarını götürərək qaçıb. Yasamal RPİ CAŞ və 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Zəngilan rayon sakini Rasif Cəfərov tutulub.