Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

bakida-tikinti-sirketinin-rehberi-hebs-olundu
Oxunma sayı: 5032

“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.

Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.