Bakıda TÜRKPA-nın iclası keçiriləcək

bakida-turkpa-nin-iclasi-kecirilecek
Oxunma sayı: 646

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü TÜRKPA-dan bildirilib.

Milli Məclisdə keçiriləcək iclasda "TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri" mövzusu müzakirəyə çıxarılacaq. Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun komissiyanın iclasında iştirakı nəzərdə tutulur. Komissiyanın iclasında TÜRKPA-nın 2012-ci ildə Bişkəkdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə hesabatın və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi qözlənilir.

Həmçinin Komissiyanın 2-ci iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək. Komissiyanın iclasında TÜRKPA baş katibi Ramil Həsənovun çıxış etməsi və təşkilatın fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verməsi də planlaşdırılır.