Bakıda ukraynalı qadın gözəllik salonunda yandı

bakida-ukraynali-qadin-gozellik-salonunda-yandi
Oxunma sayı: 3733

Bakıda ukraynalı turist qadın yanıb. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı Sikorsko Alla Fraçovna paytaxtın Səbail rayonu "Megasun Solarium Studio" gözəllik salonunda seans zamanı boynun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafının 1-ci və ikinci dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.