Bakıda yararsız ərzaq məhsulları tapıldı

bakida-yararsiz-erzaq-mehsullari-tapildi
Oxunma sayı: 840


“Qafqazinfo” xəbər verir ki, Qaradağ, Pirallahı, Nərimanov, Xəzər, eləcə də Quba, Sumqayıt, Neftçala, Qusar, Sabirabadda saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 90 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.