Bakıda yeni növ dayanacaqlar quraşdırılır - Fotolar

bakida-yeni-nov-dayanacaqlar-qurasdirilir
Oxunma sayı: 2510

Bakıda yeni “cib” tipli dayanacağın tikintisi yekunlaşıb.

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində salınan dayanacağın tikinti işləri yekunlaşıb.

Məntəqədə pavilyon və məlumat lövhəsi də quraşdırılıb.

Qeyd edək ki, 45 ünvanda Azərbaycan dövlət tikinti normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.