Bakıda zirzəmidə qadın meyiti tapıldı

bakida-zirzemide-qadin-meyiti-tapildi
Oxunma sayı: 1074


Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 21-də saat 16:00 radələrində Zığ qəsəbəsi sakini 1988-ci il təvəllüdlü Rzayeva Sahilənin meyiti aşkar edilib.

Onun özünü Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsi 58 ünvanında yaşadığı evin zirzəmisində asaraq intihar etdiyi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.